Ana səhifə
21 Fevral 2018

MTRŞ-dən efirlərdə siqaret çəkilməsi səhnələrinə MÜNASİBƏT

 Televiziyaların efirində siqaret çəkilməsi ilə bağlı məsələ Milli Televiziya və Radio Şurasının (MTRŞ) həyata keçirdiyi monitorinqlərin predmetidir.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Report"a MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a bildirib.

T.Dadaşov deyib ki, bununla bağlı müvafiq arayışlar hazırlanır: "Yayımçıların müvafiq qanunun icrasına adaptasiya prosesi gedir. Bu mənada hələ də efirlərdə müəyyən nöqsanlara yol verilir. Lakin bu cür halların kütləviləşməsinə imkan verilməyəcək”.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə ötən il qüvvəyə minmiş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, televiziya və videofilmlərdə, televiziya, video və kinoxronika proqramlarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağandır. 

Tarix
12 Fevral 2018 [13:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ