Ana səhifə
24 Sentyabr 2018

Xanəndə ilk konsertini verdi - FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində Opera və Balet Teatrının solisti, I Muğam Televiziya Müsabiqəsinin laureatı gənc xanəndə Vüsalə Musayevanın “Axşamüstü Qarabağdan” adlı solo konserti keçirilib.

 

 

Konsertdə xanəndəni Nahid Məmmədovun bədii rəhbəri olduğu “Şahnaz” instrumental ansamblı müşaiyət edib. İlk dəfə solo konsert verən xanəndə olduqca həyəcanlı olduğunu bildirib: “Solo konsert vermək böyük məsuliyyətdir. Mən bu konserti solo konsert yox, sınaq konserti hesab edirəm. Çünki bu gün bu zalda bizim ustad xanədələrimiz, müəllimlərim də əyləşib. Bu mənim həyəcanımı, məsuliyyətimi bir az da artırır. Mən hesab edirəm ki, bu gün onların qarşısında növbəti sınaq imtahanımı verirəm”.

 

Maraqlı repertuar seçimi edən xanəndə bir saat boyunca tamaşaçılara zövqlü dəqiqələr yaşadıb. Konsertin birinci hissəsində “Şahnaz” muğam dəsgahını ifa edən xanəndənin ifası gurultulu alqışlarla müşaiyət olunub. Xanəndə xalq mahnıları və təsniflərlə yanaşı Səid Rüstəmovun, Cahangir Cahagirov, Bəhram Nəsibovun unudulmaz mahnılarını da səsləndirib. Konsertə “Qarabağ” şikəstəsi ilə yekun vuran gənc xanəndə ayaqüstdə alqışlanıb.

Tarix
30 Noyabr 2014 [11:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin