Ana səhifə
25 May 2018

Almaniyanın müdafiə naziri İraqa səfər edib

Almaniyanın müdafiə naziri Ursula von Der Lyayen İraqın şimalındakı Kürd Muxtariyətinin mərkəzi sayılan Ərbilə səfər edib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, o, muxtariyyətin “peşmərgə” adlanan silahlı qruplaşmasının rəhbərliyi ilə görüşüb.

Nazir qeyd edib ki, Almaniya hərbçiləri bundan sonra da yalnız “peşmərgə”lərə deyil, bütövlükdə İraqın təhlükəsizlik qüvvələrinə məsləhətlər verəcək, təlim keçəcək.

Ursula von Der Lyayen bildirib ki, Almaniya ordusu İraqın təhlükəsizlik qüvvələrinə tibbi və logistika sahəsində də dəstəyini davam etdirəcək: “Bu məsələlərlə bağlı təklifi İraq hökumətinə təqdim etmişik”.

Tarix
12 Fevral 2018 [13:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin