Azərbaycanın tanınmış aparıcısı vəfat etdi

12:25 - 12 Fevral 2018 - MAQAZİN

İctimai Televiziyanın keçmiş aparıcısı, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran İsrafilov həyatını itirib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, İsrafilov ürək çatışmazlığından dünyasını dəyişib. 

Onun ölümünü "facebook"da dostları təsdiqləyib. 
 

Xatırladaq ki, O, İTV televiziya kanalında uşaq və digər verilişlərdə aparıcı olub, son ildə özünü aktyor kimi də sınayıb və bu yaxınlarda təqdimatı keçirilən Arzu Əliyevanın prodyuserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.
Kamran İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr –Studiyasının rejissorudur

Xəbər xətti