Ana səhifə
23 Sentyabr 2018

Prezidentlərin görüş vaxtı açıqlandı

İlham Əliyev və Serj Sarqsyan oktyabrın 27-də Parisdə görüşəcəklər

 

 

Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş oktyabrın 27-də Parisdə olacaq. Fransanın Ermənistandakı səfiri Anri Reno bildirib ki, prezidentlərin Paris görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılacaqlar. Fransa Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə cəhd göstərir. Bu məqsədlə Fransa prezidenti Fransua Olland Parisdə Ermənistan və Azərbaycan prezidentlərini görüş keçirməyi təklif edib.

Xatırladaq ki, Prezident İlham Əliyev və Prezident Serj Sarqsyan ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə sentyabrın 4-də Uelsdə görüşüblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
9 Oktyabr 2014 [15:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin