Ana səhifə
21 Sentyabr 2018

Bakıda sərnişin avtobusu yanıb

Bakıda sərnişin avtobusu yanıb.

 

''Ucnoqta.az“ xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumata görə, hadisə 173 nömrəli marşrut xətti üzrə hərəkət edən "10-TF-379" dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda baş verib.

Hadisə vaxtı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb. İlkin məlumata görə yanğın avtobusun mühərrik hissəsindəki texniki nasazlıq səbəbindən baş verib.

BNA qeyd edir ki, 173 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC tərəfindən göstərilir. İstehsalat bazasına malik olmasına baxmayaraq müəssisənin nəqliyyat vasitələri sərnişindaşıma tələblərinə cavab vermir. Həmçinin bazada avtobusların təmiri, gündəlik texniki baxışla bağlı məsələlər düzgün yerinə yetirilmir. Qeyd edilən nöqsanlarla, xüsusən də avtobusların texniki baxımdan yararsız olması ilə bağlı Bakı Nəqliyyat Agentliyi dəfələrlə “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-yə xəbərdarlıqlar edib. Sərnişindaşıma fəaliyyətinə səhlənkar münasibət sərnişinləri də ciddi narahat edir və gün ərzində 141 Çağrı Mərkəzinə “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin istismarında olan marşrut xətləri üzrə çoxsaylı şikayətlər daxil olur. Bu səbəbdən də son bir ildə bir neçə marşrut xəttinin istismarına dair bu müəssisə ilə imzalanan müqaviləyə xitam verilib. Buna baxmayaraq müəssisə tərəfindən avtobusların əsaslı təmir edilərək saz vəziyyətə gətirilməsi istiqamətində heç bir təsirli tədbir görülməyib.

Həmçinin deyilir ki, BNA-nın avtobusların yenilənməsi ilə bağlı tələbinə əsasən, son bir ildə müxtəlif daşıyıcılar tərəfindən 800 ədəddən artıq avtobus təmir edilərək xəttə buraxılıb.

"Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq", - deyə BNA xəbərdarlıq edib.

Tarix
11 Fevral 2018 [17:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin