Kriştiano Ronaldo rusiyalı idmançıya hədiyyə verib

14:27 - 11 Fevral 2018 - İDMAN

Real Madridin hücumçusu Kriştiano Ronaldo qarışıq döyüş növləri üzrə Rusiya idmançısı Həbib Nurməhəmmədova hədiyyə verib.

 

Ucnoqta.az” “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu barədə Nurməhəmmədov özünün instagram səhifəsində video-çarx paylaşıb.

Ronaldo Həbibin izləyicilərini “Assalamu aleykum” sözləri ilə salamlayıb. O rusiyalı idmançıya top və forma hədiyyə edib, əvəzində isə papaq hədiyyə alıb.

“Bu forma ilə Ronaldo bu gün het-trik edib, bu hədiyyə mənim kolleksiyamda xüsusi bir tutacaq”, deyə Nurməhəmmədov digər fotonun altında yazıb.

Qeyd edək ki, idmançı, ulduz futbolçu ilə İspaniya çempionatının 5:2 hesabı ilə bitən Real Madrid - Real Sosyedad qarşılaşmasından sonra görüşüb.

 

Xəbər xətti