Ana səhifə
22 Sentyabr 2018

Pensiyalar nə qədər artdı? - Hesablama qaydası

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, əhalinin 2017-ci il üzrə gəlirlərinin nə qədər artdığı ilə bağlı yekun rəqəmlər açıqlanmadığı üçün pensiyaların nə qədər artdığı hələlik dəqiq bilinmir.

 

İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, artımın 6,5- 7 faiz civarında olacağı gözlənilir:

 

 

“Bu vaxta qədər təqaüdlərin baza hissəsi indeksləşdirilirdi. Yəni, ölkədə yanvarın 1-nə qədər hansı inflyasiya səviyyəsi olurdusa, baza hissəsi də o qədər indeksləşdirilirdi.

 

Keçən ilin sonunda bu qaydalar dəyişdirildi. Artıq təqaüdlərin sadəcə baza hissəsinin yox, tamamının artırılması ilə bağlı qərar verildi. Yəni əhalinin nominal gəliri hansı səviyyədə olacaqsa, o qədər indeksləşəcək”.

 

N.Cəfərli qeyd edib ki, ötən ilin 11 ayına görə, əhalinin gəlirləri 6,5 faiz artıb. Doğrudur, hələ yekun rəqəm açıqlanmayıb, amma bunun 6,5- 7 faiz civarında olacağı gözlənilir:

 

“Obrazlı desək, 150 manat təqaüd alan şəxsin pensiyasına təqribən 10,50 manat artım gözlənilir. Yəni kim nə qədər pensiya alırsa, həmin rəqəm əhalinin gəlirlərinin faizinə (6,5- 7 faiz olacağı gözlənilir) vurulacaq”.

Tarix
10 Fevral 2018 [10:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin