Artur Rəsi-zadə YAP-ın qurultayında niyə iştirak etməyib? – Açıqlama

16:34 - 9 Fevral 2018 - Müsahibə

Ötən gün Bakıda Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçirilib.YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.Daha sonra YAP-ın yekdil qərari ilə partyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürülüb.

 

Ucnoqta.azBizim Yol-a istinadən xəbər verir ki, həm partiyanın üzvləri, həm də xalq tərəfindən maraqla qarşılanan qurultayda Azərbaycan Respublikasının Baş naziri Artur Rəsi-zadənin iştirak etməməsi sual doğurub.YAP-ın ən önəmli tədbirində, ölkənin ən iri raqlı məmurunun olmaması həm qurultay iştirakçılarında, həm də sosial şəbəkələrdə müzakirə edilib.Edilən müzakirələrdə onun səhhətində problemlər olduğu bildirilib.

 

Bizim Yol məsələni diqqətdə saxlayaraq açıqlama almaq üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Akif Əli saytımıza açıqlamasında Baş nazir Artur Rəsi-zadənin qurultayda hansı səbəblə iştirak etməməsi sualını cavabsız qoyub. O Baş nazir Artur Rəsi-zadənin səhhəti ilə bağlı iştirak etməməsi məsələsini nə təsdiq, nə də inkar edib.

“Mən saytlardan incimişəm.Bu barədə nəsə deyə bilməyəcəm.Hansı səbəbdən qurultayda iştirak etməyib, bilmirəm.Gərək araşdırım”,- deyə bildirib.

 

Xəbər xətti