Ana səhifə
23 May 2018

DİQQƏT! Bu məhsullar insan istifadəsi üçün yarasız sayılacaq!

Yeyinti məhsullarının ixracı zamanı əlavə olaraq, idxal ölkəsində qüvvədə olan qida təhlükəsizliyi sahəsində müvafiq normativ hüquqi aktların tələbləri tətbiq ediləcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bununla bağlı “Yeyinti məhsulları haqqında” qanuna dəyişikliklər təklif edilir.
 

Qanuna təklif edilən dəyişikliyə görə, qida təhlükəsizliyi sahəsində müvafiq texniki-normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən, üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən, mənşəyi məlum olmayan, saxtalaşdırılmış, üzərində saxlanma müddəti göstərilməyən və ya saxlanma müddəti ötmüş, markalanmasına olan məcburi tələblərə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yarasız qida məhsulları hesab olunacaq.
 

Qanuna təklif edilən digər dəyişikliyə görə, yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, istehsalı, satışı və istifadəsi barədə mübahisələr inzibati və məhkəmə qaydasında həll ediləcək. Hazırda bu mübahisələr yalnız məhkəmə qaydası ilə həll edilir.

Tarix
9 Fevral 2018 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin