Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

15:29 - 9 Fevral 2018 - İDMAN

Koreya Respublikasının Pxençan şəhərində Olimpiya Stadionunda 23-cü Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.


"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, mərasimdə bayraqdar funksiyasını Azərbaycanın olimpiadada yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycanın şef de-missionu Anar Bağırov və digər şəxslər daxildir.
 

Təmsilçimiz P.Braxner dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarında mübarizə aparacaq.
 

Qeyd edək ki, 92 ölkənin qatıldığı Qış Olimpiya Oyunlarında 2902 idmançı 7 növ və 15 istiqamət üzrə 102 dəst medal uğrunda yarışacaq.
 

XXIII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi fevralın 25-də keçiriləcək.

 

Xəbər xətti