Ana səhifə
19 Sentyabr 2018

Azərbaycanda quşlar yoxlanılacaq

Quş qripi xəstəliyinə görə cari ilin növbəti monitorinqinə start veriləcək

 

Oktyabrın 20-də quş qripi xəstəliyinə görə cari ilin növbəti monitorinqinə start veriləcək.

Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, köçəri quşların məskunlaşdığı və müəyyən edilmiş bütün ərazilərdən seçmə üsulla quşlar ovlanacaq. Onlardan nümunələr götürüləcək.

Eləcə də, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan ev quşlarından götürülən nümunələr müayinə üçün laboratoriyaya təqdim ediləcək.

Bütün nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr oktyabrın 31-də ictimaiyyət üçün açıqlanacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xüsusi olaraq vurğulayıb. Hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir.

 

Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Tarix
9 Oktyabr 2014 [15:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin