Astarada ağır yol qəzası — Tələbə öldü

14:50 - 9 Fevral 2018 - HADİSƏ

Lənkəran-Astara yolunda, Şahağacı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, "Mitsubishi-Pajero" markalı avtomobil mağistral yolla hərəkətdə olarkən qarşısına piyada çıxıb. Qəzanın baş verməməsi üçün sürücü avtomobili qaçıraraq yolun kənarındakı maneəyə çırpıb.
 

Nəticədə baş verən hadisə zamanı sürücü və sərnişin Lənkəran Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq Lənkəran Dövlət Universitetinin tələbəsi, 2000-ci il təvəllüdlü Sahil Rüstəmov ölüb, onun həmyaşıdı və tələbə yoldaşı Ağamoğlan Cabbarovun isə xəstəxanada müalicəsini davam etdirir.
 

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırmalara davam etdirilir.

Xəbər xətti