Ana səhifə
25 Fevral 2018

Beynəlxalq Bankda yeni baş direktor təyinatı - FOTO

"AccessBank"da kadr dəyişikliyi baş verib.

 

"Ucnoqta.az" "Qafqazinfo"-a istinadən xəbər verir ki, bankın İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı dövlət bankında İnsan resursları və administrasiya üzrə Baş direktor vəzifəsinə təyinat alıb.

 

A.Süleymanlı, "AccessBank"da çalışmazdan əvvəl 4 il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. 2005-ci ildə "AccessBank"da İnsan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və İcraçı direktor vəzifəsinədək yüksəlib.

 

A.Süleymanlı Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Heyətin idarə edilməsi" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə malikdir. O, Azərbaycan Banklar Assosiasiyasının "Tədris strategiyaları və İnsan Resursları üzrə" ekspert qrupunun da sədridir.

 

Tarix
9 Fevral 2018 [14:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ