Ana səhifə
15 Noyabr 2018

Elektron siqaret çəkənlərin nəzərinə — TƏHLÜKƏLİDİR

Londonun "Kraliça Mariya" universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, nəticələrə əsasən, bəzi elektron siqaretlər pnevmaniya (ağ ciyər iltihabı) xəstəliyinə yoluxma riskini artırır.

Alimlər tərkibində nikotin olan və olmayan elektron siqaretlərin trombositlərin aktivləşmə faktoruna təsirini müəyyən ediblər. Pnevma kokko bakteriyası nəfəs yolu hüceyrələrinə ilişib qalır. Bu tip bakteriyalar nəfəs yollarımızda mövcud ola bilərlər və heç bir xəstəliyə səbəb olmazlar. Amma bəzi hallarda bu bakteriyalar hüceyrələrə daxil olaraq ağ ciyər iltihabına səbəb olurlar. Bu barədə məlumatı tədqiqatın rəhbəri Conatan Qriqq verib.

Bir müddət əvvəl alimlərin apardığı tədqiqat sübut etmişdi ki, siqaret çəkmək və passiv siqaret çəkmək nəfəs yollarındakı hüceyrələrdə PAFR miqdarının artmasına səbəb olur. Bundan başqa avtomobillərdən çıxan tüstü də PAFR-ın artmasına səbəb olur. Qriqin komandası isə elektron siqaretlərin də eyni effektə sahib olub-olmadığını araşdırıblar.

Alimlər üç tədqiqat aparıblar. İlk tədqiqat çərçivəsində məlum olub ki, elektron siqaretlər PARF səviyyəsinin 3 dəfə artmasına, nəfəs yolu hüceyrələrinə ilişib qalan bakteriyaların sayının isə 2 dəfə artmasına səbəb olub.

İkinci tədqiqatda elektron siqaretlərin siçanlara təsiri öyrənilib. Məlum olub ki, ağ ciyər iltihabına yoluxma riski artır.

Üçüncü tədqiqat insanlar üzərində aparılıb. Məlum olub ki, elektron siqaretlər həqiqətən də ağ ciyər xərçənginə yoluxma riskini artırır.

Tarix
9 Fevral 2018 [23:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin