Ana səhifə
22 May 2018

“Hüceyrə mərkəzləri yaradılsın” – Komitə sədrindən TƏKLİF

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmə keçirilib.
 
"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, komitə sədri Əhliman Əmiraslanov bildirib ki, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə görə mütləq işçi qrupu yaradılmalıdır.
 
“Hesab edirəm ki, mütəxəssislər cəlb olunmalıdır. Beyin ölümünü təsbit edən komissiyaların olması vacibdir. Çünki bəzən bunu həkimlərin bilməməsi ucbatından biz orqan transplantasiyası əməliyyatını edə bilmirik. Səhiyyə Nazirliyinə tövsiyə etməliyik ki, bu işlə məşğul olsunlar. Ola bilər ki, “Donorluq haqqında” yeni qanun qəbul olunsun. Elə də ola bilər ki, işçi qrupu bu qanun üzərində müəyyən dəyişikliklər etsin və yeni qanun layihəsinin hazırlanmasına ehtiyac görülməsin. Rusiya və Türkiyə kimi ölkələrdə insan vəfat edən zaman orqan transplantasiyası həyata keçirmək üçün mütləq qohumlarından icazə alınmalıdır. Bizim bu işlə məşğul olan mütəxəssislərimiz çox ciddi işlər görsünlər. İnsanlar bunun məğzini bilməyəndə bəzi söz-söhbətlər ortaya çıxır”.
 
Deputat Azərbaycanda kök hüceyrə mərkəzlərinin yaradılmasının vacibliyini vurğulayıb. “Biz bu istiqamətdə çox geridəyik. Bu gün kök hüceyrələr bir çox xəstəliklərin müalicəsinə çevrilib. Bu hökmən yaranmalıdır və yaranacaq”.

Tarix
9 Fevral 2018 [13:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin