Ana səhifə
15 Noyabr 2018

Avstriya yükləri aprel ayından Bakı-Qars dəmiryolu ilə daşınacaq

Aprel ayından Avstriya dövləti yüklərin daşınmasını Bakı-Qars dəmiryolu marşrutuna yönəldəcək.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu məlumatı  "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov verib. Qurbanovun sözlərinə əsasən, Bakı və Gəncədə iki yeni dəmir yolu deposu tikiləcək. Bununla yanaşı, 4 ədəd yeni "Stadler" qatarı sifariş edilib: "Bu qatarların ikisi bu il, digər ikisi isə gələn il ölkəyə gətiriləcək".

QSC sədri deyib ki, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Lənkəranda dəmiryolu xəttində bir qədər dəyişiklik olacaq: "İran ərazisində də 164 km-lik yolun tikintisinə başlamağa çalışacağıq. Təbii ki, iqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı altında xüsusi səfər olacaq. Bundan sonra isə Balakən istiqamətində hərəkət edən qatarların sürətinin arıtırlmasına çalışacağıq".

Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı danışan C.Qurbanov deyib ki, bu ilin aprel ayından Avstriya da yüklərini bu marşruta istiqamətləndirəcək: "BTQ ilə bu vaxta qədər 500-dən çox konteyner daşınıb. Türkiyə ilə Çin arasındakı konteyner dövriyyəsi 500 mindir. Bu xəttə Çinin də, Mərkəzi Asiya ölkələrinin də marağı var. Bundan əlavə, Avstriyadan aprelin ikinci həftəsindən Qazaxıstana yüklərin daşınmasına başlanacaq".

Tarix
9 Fevral 2018 [13:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin