Ana səhifə
15 Noyabr 2018

Avtomobil suya düşərkən necə xilas olmalı?- Fotolar

Hər birimiz bəzi yol qəzalar zamanı avtomobillərin su hövzələrinə, dənizə və ya gölə düşməsinin şahidi olmusunuz. Bəs belə hadisələr zamanı boğulmamaq üçün nə etməli?

 Bu qəzalar zamanı avtomobildə olan şəxslər havasızlıqdan dünyalarını dəyişir. Bu yazıda sizə verəcəyimiz məlumat sayəsində bu halla qarşılaşdıqda necə hərəkət edərək sağ qalma şansınızı artırmış olacaqsınız.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Manitopa universitetinin araşdırmaçısı Geoff Gesbbrext suya düşdüyünüz zaman sağ qalmaq üçün nə edəcəyinizi fotolarla sizlərə başa salır.

Belə ki, Qordon bildirir ki, suya düşən zaman 30-60 saniyə müddətində avtomobildən çıxmaq lazımdır. Bu saniyələr həyati saniyələr adlanır. İlk öncə yadda saxlamaq lazımdır ki, avtomobil suya düşdüyü zaman su salona dolana qədər təzyiq səbəbindən qapılar açılmayacaq. Ona görə qapını açmağa cəhd etmək lazım deyil, əbəs yerə enerjinizi itirməyin. Avtomobil suya düşən anda təhlükəsiszlik kəmərini açmaq və şüşələri aşağı endirərək maşından çıxmaq lazımdır. Bu hərəkəti refleks halına gətirmək məsləhətdir.
 

Əgər şüşələri də endirmək mümkün deyilsə (avtomatik idarə olunursa, mühərrik işləməmə səbəbindən) onları çiyninizlə və ya ayaqla qırmaq lazımdır. Əgər bu da alınmırsa əsla panikaya düşmək lazım deyil. Avtomobilin içərisinə su dolana kimi gözləmək lazımdır. Su salona dolduqdan sonra içəridəki və bayırdakı təzyiq bərabərləşəcək və qapılar bu zaman açmaq mümkün olacaq. Bundan sonra isə üzərək suyun üzərinə çıxmaq qalır. 

Tarix
9 Fevral 2018 [13:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin