Ana səhifə
19 Oktyabr 2018

Dörd idmançımıza dopinq cəzası

Azərbaycanın 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.
 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında bildirilir. Güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.
 

Mikayılov qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun orqanizmində furosemid maddəsi aşkarlanıb.
 

Rzayev, Əfəndiyev və Cəlilovdan alınmış nümunələrdə isə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. 
 

2012-ci ildə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 63 kq çəki dərəcəsində dünya çempionu və Avropa çempionatının bürünc mükafatçısı olmuş Mikayılovun cəzası 2017-ci il iyulun 5-də qüvvəyə minib və 2019-cu il yanvarın 5-də başa çatacaq. Bodibildinqçilərə gəldikdə, Rzayev və Əfəndiyevdə bu müddət 4 avqust 2017-ci ildən 4 avqust 2021-ci ilədək, Cəlilovda isə 4 oktyabr 2017-ci ildən 4 oktyabr 2021-ci ilədək nəzərdə tutulub

Tarix
9 Fevral 2018 [12:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin