Miri Yusif reklama çəkildi, qaydanı pozdu - Video

Azərbaycanın tanınmış müğənnisi Miri Yusifin çəkildiyi  reklam çarxında yol hərəkəti qaydalarını pozduğu məlum olub.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Haval” markalı avtomobilin sınaq yürüşü üçün çəkilən videorolikdə müğənni avtomobili Heydər Əliyev adına Sarayın qarşısında saxlayaraq düşüb getdiyi, bir neçə saat sonra geri qayıdaraq maşına mindiyi görünür. 
 

Radio aparıcısı Tural Yusifov isə müğənninin bu hərəkətini qınayıb və açıq-aşkar formada yol hərəkəti qaydalarını pozduğunu bildirib. T.Yusifov qeyd edib ki, yolun həmin hissəsində yol nişanı yalnız düzünə hərəkəti əmr edir və burada maşın “parkovka” etmək qadağandır. 


 

Bu qaydanı pozmağın cəriməsi isə 20 manatdır.

 



Tarix
9 Fevral 2018 [12:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-02-09 12:22:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin