Ana səhifə
20 Avqust 2018

Futbol üzrə Dünya Kuboku Bakıda - FOTO

Futbol üzrə Dünya Kuboku Azərbaycana gətirilib. 

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, dünya çempionatının baş mükafatının Bakıya səfəri "Coca-Cola” şirkətinin uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Xüsusi təyyarə ilə gətirilən kuboku Fransa millisinin heyətində 1998-ci ilin dünya çempionu Kristian Karambö müşayiət edib. Mükafatı qarşılayanlar arasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub. 

Baş mükafat Heydər Əliyev Beynəlxalq Hava Limanından "Hilton" otelinə aparılıb. Oteldə təşkil olunacaq mətbuat konfransının ardından kubok şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.

Tarix
9 Fevral 2018 [12:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin