Ana səhifə
25 Sentyabr 2018

Tanınmış məşqçilər millimizdən niyə imtina ediblər?

"Azərbaycan millisinin yeni baş məşqçisinin kimliyi 99 faiz bəllidir. Digər məşqçilərlə də danışıqlarımız davam edir. Ancaq əsas namizəd Robert Prosineçkidir".

Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov bu gün jurnalistlərə açıqlamasında deyib.

Baş katib daha təcrübəli və titullu məşqçilərlə danışıqlar aparıldığını, ancaq razılıq əldə olunmadığını bildirib: "Bəzi məşqçilər bizdən 3 milyon avro tələb etdilər. Üstəlik istefaya göndəriləcəkləri təqdirdə əlavə 3 milyon avro ödəməyimizi istədilər. Bu səbəbdən daha təcrübəli və titullu məşqçilərlə danışıqlarımız nəticəsiz qaldı".

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun yığmanın baş məşqçi vəzifəsinə namizədliyinin irəli sürülməməsinə də münasibət bildirən E.Məmmədov bunları deyib:

"Nəinki Qurban Qurbanov, İcraiyyə Komitəsindən heç kəs yerli mütəxəssislərdən hər hansı birinin namizədliyini irəli sürüb. AFFA prezidenti Rövnəq Abdullayev məhz əcnəbi mütəxəssislərlə danışıqlar aparılması barədə göstəriş verib". 

Elxan Məmmədov U-21 yığmamızın baş məşqçi vəzifəsindən gedəcəyi gözlənilən Bernhard Lippertlə yolların ayrılacağını bildirib: "Böyük ehtimalla, Lippertin istefası qəbul olunacaq. Yığmada qalmaq istəməyən birini güclə saxlaya bilmərik".

Tarix
29 Noyabr 2014 [17:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin