Ana səhifə
22 May 2018

ABŞ hökuməti fəaliyyətini dayandırdı — SƏBƏB

ABŞ-ın hökumət orqanları bu gün fəaliyyətini dayandırıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Konqres tərəfindən 2018-ci maliyyə ili üçün federal büdcə layihəsi qəbul edilmədiyi üçün belə bir addım atılıb. Müvəqqəti büdcə layihəsinin vaxtı cümə günü gecə saatına başa çatıb.

Həftənin çərşənbə axşamı isə respublikaçılar və demokratlar iki illik büdcə müqaviləsi elan ediblər. Bu layihəyə əsasən, müvəqqəti büdcələr ləğv edilir, xərclər isə iki növbəti ildə 300 milyard dollara qədər arta bilər. Amma son anda respublikaçı senator Rend Pol dəyişikliyi səsə qoymaq barədə tələb irəli sürüb.

Artıq bir ay ərzində ABŞ hökuməti ikinci dəfədir ki, işini dayandırmaq məcburiyyətində qalır. Yanvar ayında da federal təşkilatlar büdcə probleminə görə 3 gün fasilələrlə işləyib.

Tarix
9 Fevral 2018 [11:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin