Ana səhifə
20 Avqust 2018

“AtaSığorta” ASC endirimli sığorta məhsulları təqdim edir

  “AtaSığorta” ASC sığorta bazarına iki yeni kasko məhsulunun satışını çıxarıb. Bunlar “SƏRFƏLİ SIĞORTA” və "QOŞA KASKO" məhsullarıdır. QOŞA KASKO sığorta məhsulu  əsasən iki avtomobili olanlar üçün nəzərdə tutulub. Belə ki, müştərinin iki avtomobili varsa, birinci avtomobil 3,5% tariflə, ikinci avtomobil isə 50% endirimlə yəni, 1,75%-lə sığortalanır. Başqa sözlə, 10 min manatlıq avtomobilin 1-ci avtomobilin kasko sığortası 350 manatdırsa, 2-ci 10 min manatlıq avtomobilin kasko sığortası 175 manata başa gəlir.

“Sərfəli Sığorta” kasko sığorta məhsulu müştərilərə öz avtomobillərini yarı qiymətə sığortalamaq və nəticədə vəsaitlərinə qənaət etmək imkanı verir. Belə ki, sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir. İkinci yarısı isə yalnız sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı tərəfindən ödənilir. Lakin sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.
Məsələn: dəyəri 10 000 AZN olan avtomobili 100 AZN azadolma ilə sığortalamaq üçün müştəri 400 AZN sığorta haqqı ödəməlidirsə, cəmi 200 AZN (50%-i) ödəyir. İl ərzində sığorta hadisəsi baş vermədiyi halda sığorta haqqının ikinci hissəsini ödəmək lazım olmayacaq. Sərfəli KASKO məhsulu istehsal tarixi 2000-ci ildən yuxarı bazar dəyəri 10-60 min manat olan avtomobillərə şamil edilir. Azadolma məbləği adi qaydada 100 manat, avtomobil kommersiya məqsədi ilə istifadə ediləndə isə 1000 manat təyin edilir.

Hər iki məhsul üzrə detallı məlumat bunlardır:

  QOŞA KASKO MƏHSULUNA DAİR MƏLUMAT 

Sığortalı:

Fiziki şəxslər

Sığortaçı:

“AtaSığorta” ASC

Sığorta müddəti:

Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində

Coğrafi ərazi:

Azərbaycan Respublikası

 Bölmə 1:                Nəqliyyat vasitələrinin (kasko) sığortası 

Minik avtomobilləri üzrə Sığorta tarifləri:

Sığorta haqqının məbləği ilkin avtomobilin real bazar dəyərinin 3.5 %-ini, ikinci avtomobilin real bazar dəyərinin 1.75 %-ini təşkil edir.

 

İki avtomobildən bazar dəyəri baha olana 3.50% tarif tətbiq olunur.

QOŞA KASKO üzrə xüsusi şərtlər:

  1. Müştəri tərəfindən əlavə cəlb olunan yalnız 1 avtomobil üzrə sığorta haqqı məbləğində 50% endirim təqdim olunur.
  2. Birinci avtomobili sığortalayan müştəriyə müddəti 2 ay olan endirim sertifikatı təqdim olunur. İki ay ərzində sertifikat istifadə edilmədiyi halda müvafiq sertifikat qüvvədən düşmüş hesab edilir.
  3. Bazar dəyəri 70 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.
  4. Yalnız 2007-2017-ci illər istehsalı olan avtomobillər üçün təqdim olunur.
  5. Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir.
  6. Məhsul hüquqi şəxslərə şamil edilmir.

 

 

 “SƏRFƏLİ SIĞORTA” - KASKO MƏHSULUNA DAİR MƏLUMAT             

Sığortalı:

Fiziki şəxslər

Sığorta olunan:

Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs

Sığortaçı:

“AtaSığorta” ASC

Sığorta müddəti:

Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində

Coğrafi ərazi:

Azərbaycan Respublikası

 Bölmə 1: 

Minik avtomobilləri üzrə Sığorta tarifləri:

Sığorta tarifi – 4.00% təşkil edir.

 

  1. Sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir.
  2. Sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.
  3. Sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı sığorta haqqının ikinci yarısını ödəməlidir.

Xüsusi şərtlər:

  1. Bazar dəyəri 10 000 AZN-dən 60 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.
  2. Yalnız istehsalı ili 2000 ildən yuxarı olan avtomobillər üçün təqdim olunur.
  3. Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir.
  4. Məhsul hüquqi şəxslərə şamil edilmir.
  5. Məhsul “AtaSığorta” ASC-nin əməkdaşları və onların ailə üzvlərinə şamil edilmir.

                  

 

  

 

Tarix
9 Fevral 2018 [09:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin