Ana səhifə
25 May 2018

İcra başçısının qızıyla bağlı hökm ləğv edildi

Salyanın keçmiş icra başçısının dələduzluqda təqsirləndirilən qızı Nigar Abdullayeva barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb. 
 
 
"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki,  Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. 
 
Qərara görə, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib. Bildirilib ki, işdəki sübutlar yenidən araşdırılmalıdır.
 
Nigar Abdullayevanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. 
 
Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı, 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi) Protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.
Nigar Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
9 Fevral 2018 [11:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin