Ana səhifə
20 Avqust 2018

“CinemaPlus”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub

Bu gün “CinemaPlus Gənclik Mall”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə valideyn himayəsindən məhrum uşaqlar üçün əyləncə proqramı təşkil olunub.

Əyləncə proqramının tərkib hissəsi olaraq uşaqlar 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar formada dublyaj olunan “Paddinqton 2” filmini də izləyiblər.
Tədbirdə filmi Azərbaycan dilinə dublaj edən Murad Dadaşov, Aqil M.Quliyev, Kamran Ağabalayev, Oksana Rəsulova, Rövşən Məmmədli, Xətai Əli və rejissor Cəfər Axundzadə iştirak ediblər.
Uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 270-dək uşaq və yeniyetmələr məşhurlar ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər.

Tədbirdə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin rəhbərliyi adından Zaur Darabzadə çıxış edib və dublyaj prosesində iştirak edən aktyorları təqdim edərək öz təşəkkürünü bildirib.report

Tarix
9 Fevral 2018 [10:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin