Rekordları alt-üst edəcək transfer iddiası — Messiyə 1,4 milyard avroluq təklif

20:20 - 9 Fevral 2018 - İDMAN

Çin Liqasında iştirak edən "Hebei China Fortune" futbol komandası Lionel Messiyə ağlasığmaz təklif göndərib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, "Hebei China Fortune" Messinin müqaviləsindəki 700 milyon avroluq sərbəst qalma maddəsini ödəməyə qərar verib. Çindəki yeni qaydalara görə bir komanda transfer üçün xərcləyəcəyi pulun eyni miqdarını vergi kimi ödəməlidir.

Bu da "Hebei China Fortune" üçün əlavə 700 milyon avro deməkdir. Messinin bu iddialara verəcəyi cavab böyük maraqla gözlənilir.

Xəbər xətti