Qəbələdə Qarabağ əlili intihar etdi - TƏFƏRRÜATLAR

Ötən gün səhər saatlarında Qəbələ rayonunun Seyidqışlaq kəndində Qarabağ qazisi intihar edib.

"Ucnoqta.az"  “Ölkə.Az”-a istinadən bildirir ki, 1968-ci il təvəllüdlü Qədirov Elman İlyas oğlunun meyiti həyat yoldaşı tərəfindən yaşadığı evin həyətində tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. 
 

Seyidqışlaq kəndinin ərazi nümayəndəsi Vaqif Mehdiyevin “Ölkə.Az”-a verdiyi açıqlamaya görə, “Elman Qədirov 3-cü qrup Qarabağ əlili olub, özü rayonun Yaşıllaşdırma idarəsində işləyib. Yeyib-içən oğlan idi, amma son vaxtlar mədəsindən şikayət edirdi. Belə maddi problemi olmayıb, dövlət tərəfindən təmin olunmuşdu. Yəqin depresiyaya düşüb. Ailə üzvləri ilə də normal münasibətləri olub, 2 oğlan övladı var- biri Gəncədə tələbə, digəri isə hərbi xidmət idi”. 
Faktla bağlı Qəbələ rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Qarabağ əlilinin hansı səbəbdən intihar etməsi istintaq araşdırmalarının sonunda bəlli olacaq.

Tarix
9 Fevral 2018 [10:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin