Ana səhifə
17 Avqust 2018

"Qatil" köpək balıqlarının sürətinin sirrini açılıb

Mako köpək balığı yırtıcı okean sprinteridir. O, saatda 60 kilometr sürət yığmaq və 6 metr suyun üzərinə tullanmaq iqtidarındadır və bu, heç bir şikar üçün sağ qalmaq şansı buraxmır.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, Amerikanın Harvard Universitetinin alimləri aşkar ediblər ki, onun sürət sprintinin sirri dərisi üzərindəki xırda dişçiklərdir.

Köpək balığının məhz dişli dərisi onun eyni zamanda qalxma gücünü artırır və suyun müqavimətini azaldır.

Bu yırtıcıların dərsinin hamar olduğu görünsə də, əslində xırda pulcuq-dişciklərlə örtülüb. Fizik və bioloqlar uzun müddət belə bir dəri örtüyünün su müqavimətini necə azalda biləcəyininin marağında idilər.

Məlum olub ki, dişli pulcuqlar əslində ağırlıq qüvvəsinə qarşı olan normal reaksiya (qaldırıcı qüvvə) gücünü artırır.

Harvard Universitetinin alimləri 3D-printerin köməkliyi ilə dişli pulcuqlar modeli yaradıblar və su axınında onların akvadinamik xüsusiyyətlərini sınaqdan keçiriblər.

Tarix
9 Fevral 2018 [19:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin