"Qarabağ Vyana" daha bir azərbaycanlı futbolçu transfer etdi

17:02 - 8 Fevral 2018 - İDMAN

Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" klubu daha bir azərbaycanlı futbolçunu heyətinə cəlb edib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, III liqada mübarizə aparan komanda Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş Emil Fərzəliyevlə müqavilə bağlayıb. "Qarabağ Vyana" 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, daha 7 futbolçunu ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, Emil Fərzəliyev əvvələr Litvanın “Panevejis” və Bakının “Neftçi” klublarının formasını geyinib. Azərbaycan millisinin sabiq üzvləri – Elvin Bədəlov və Dimtri Nağıyev də hazırda "Qarabağ Vyana"nın heyətində yer alıblar.

Xəbər xətti