Ana səhifə
18 Dekabr 2018

ANASINDAN XANIM DEPUTATA ŞOK İTTİHAMLAR – “Bütün mal-mülkü ələ keçirdi”

99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilən Sona Əliyeva barəsində şok faktlar üzə çıxıb. BakuPost xəbər verir ki, xanım teputatın əməllərini öz anası ifşa edib. 

 

Ucnoqta.az xəbər verir ki, Anası Bəşirə Əliyevanın Azpolitika.info-ya açıqlamasından görünür ki, bu gənc deputatın heyrət doğuran bəzi hərəkətləri onu öz doğmaları – anası və qardaşları ilə üz-üzə qoyub, iş hətta məhkəməyədək uzanıb.

 

S.Əliyevanın atası Sakit Əliyev Şəmkirin tanınmış iş adamlarından, nüfuzlu ağsaqqallarından biri olub. Bu yaxınlarda uzun sürən xəstəlikdən sonra vəfat edən S.Əliyevin xeyli malı-mülkü qalıb. Nə qədər qəribə də olsa, bu gənc xanım atasının mal-mülkünə təkbaşına sahib olmaqdan ötrü, ailəsinin rayondakı hörmətini, uzun illər ərzində qazandıqları ad-sanı, eləcə də deputat kimi özünün nüfuzunu zərbə altında qoymaqdan çəkinməyib.

 

İşi o səviyyəyə gətirib ki, anası və qardaşı Sona Əliyeva tərəfindən qəsb edilən haqlarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalıblar. Ancaq bu da deputatı öz yolundan döndərməyib. O, səhvini anlamaq və ailəsinin haqqını özünə qaytarmaq əvəzinə "mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyə, bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə "ağlını itirməkdə” ittiham edib, onu evindən qovub. "Məni aldadıb, etibarımdan sui-istifadə edərək rəhmətə gedən həyat yoldaşımın bütün mirasına təkbaşına yiyələnib” – deyə, Bəşirə xanım deputat qızından şikayətlənib.

 

Sona Əliyeva "Qafqazinfo”ya açıqlamasında hazırda xaricdə olduğunu deyib: "Bütün bu iddialar uydurmadır, qardaşım məsələyə aydınlıq gətirəcək”.

Deputatın qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev isə artıq problemin həll edildiyini deyib: "Bizim ailəmizdə heç bir narazılıq, problem yoxdur. Hər şey qaydasındadır. Mən o işlərə qarışmıram, xırda bir münaqişə olub. O da həll edilib. İşimlə bağlı başqa evdə oluram, həmin evdə qalmıram. Anam, bacım və qardaşımla aramızda heç bir problem yoxdur”.

 

Tarix
8 Fevral 2018 [16:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin