Tamaşaçı Təranə ilə Elçini efirdə biabır etdi - VİDEO

“Hər şey daxil” verilişinin qonağı olan müğənnilər – Təranə Qumralla Elçin Hüseynov maraqlı iddia ilə üz-üzə qalıblar. 

Ucnoqta.az.” xəbər verir ki, Təranə adlı tamaşaçı verilişə zəng edərək adıçəkilən ifaçılardan qızının müalicəsi üçün yardım istədiyini, ancaq heç birinin ona kömək etmədiyini deyib: 

“Ağstafadan Hövsana gəlmişəm, kirayədə yaşayıram. Qızım çox pis xəstələnmişdi. Kömək üçün müraciət edəcəyim adam yox idi. Təranə xanımın “watsapp”ına yazdıb, kömək istədim. O da mənə həkimin reseptini göndərməyimi dedi. 3 resept yolladım. Ancaq bundan sonra məni “watsapp”dan sildi. Daha sonra Elçin bəyin restoranına getdim. O da üzünü çevirib getdi, kömək etmədi”. 

T.Qumral tamaşaçının ittihamlarına belə cavab verib:
 
“Bəlkə başqa Təranəyə yazıb? Resept nə tutar ki? 100-200 manat tutar, bu nə puldur ki? Belə şeydən qorxmaram. Ola bilsin, kimsə öyrədib, efirə zəng edib belə danışır”. 

Elçin isə ona belə müraciət edənlərin çox olduğunu deyib: 

“Hər istəyənə də pul vermək olmur. Gərək araşdırasan. Xeyriyyəçilik elə şeydir ki... Birinci evin içi, sonra çölü. Kim nə bilir, mənim evimdə hansı problemlər var?”.

 

 

 

 

 

 

 

 

Axşam.az

Tarix
8 Fevral 2018 [15:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin