Olimpiya Oyunları başladı - Azərbaycanı 1 idmançı təsmil edir

15:03 - 8 Fevral 2018 - İDMAN

Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları start götürüb.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyunlarda 92 ölkə iştirak edəcək. 

102 dəst medal uğrunda 2902 idmançı yarışacaq. 

Azərbaycan isə yarışda 1 idmançı ilə təsmil olunacaq. Belə ki, milliləşdirilmiş avstriyalı Patrik Braxner həm bayraqdarımız olacaq, həm də medal qazanmağa çalışacaq. Bu onun ölkəmiz adına ikinci Qış Olimpiya Oyunlarıdır. Braxner dağ xizək idmanında (slalom və nəhəng slalom üzrə) nəyə qadir olduğunu nümayiş etdirəcək.

Xəbər xətti