"Zirə" klubu makedoniyalı futbolçu ilə müqavilə bağlayıb - Foto

13:34 - 8 Fevral 2018 - İDMAN

“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, makedoniyalı Yani Urdinovla müqavilə bağlanılıb. Urdinov 6 aylıq anlaşmaya qol çəkib. 26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb.

Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur.

Xəbər xətti