Yüksək dozada narkotikdən öldü - BAKIDA

12:47 - 8 Fevral 2018 - HADİSƏ

Pirallahı sakini narkotik vasitənin təsirindən ölüb.

"Ucnoqta.az" Lent.az-a istinadən xəbər verir ki, fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyaxın meyitinin mənzilində tapılması barədə polisə məlumat daxil olub.
 
Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər aparılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Mənzilə baxış zamanı həmçinin içərisində narkotik vasitəyə bənzər maddə olan 5 bağlama və 2 büküm də götürülərək ekspertizaya təqdim olunub. Həmin bağlama və bükümlərdəki maddələrin çəkisi 1 kiloqram 116 qram heroin və 2 kiloqram 205 qram marixuana olması müəyyən edilib.
 
 
İ.Lyaxın yüksək dozada narkotik vasitənin qəbulunun təsirindən ölməsi ehtimal edilir. Faktla bağlı cinayət işi başlanılıb. 

Xəbər xətti