Ruhi Bağdadinin aşiqanə lirikası

11:30 - 8 Fevral 2018 - Ədəbiyyat

Elizbar Cavelidze

Ruhi Bağdadinin yaradıcılığında mərkəzi yeri lirika tutur. Yuxarıda da qeyd etdiyimiz kimi,  şairin  düşüncəsində məhəbbət problemi məhək daşını təşkil edir ki, bunun üzərində də müxtəlif cizgilərdə onun dərkedici baxışı  qurulur. Məhəbbət,  belə demək mümkünsə, Ruhi Bağdadinin  düşüncəsinin dümiurqi, onun fəlsəfi  tamaşa etməsinin başlanğıcı və tac qoyucu həlqəsidir. Məhəbbətə qarşı belə çox böyük maraq yalnız Ruhi Bağdadinin fərdi daxili  tələbi ilə izah etməməliyik. Məsələnin ön plana çəkilməsini eləcə də Yaxın Şərqin bu tematik  qövsdə üzərə çıxan zəngin ənənələri şərtləndirir.

Ruhi Bağdadi lirlkasının fəlsəfi, istərsə də sosial tərəfi barədə biz əvvəlki fəsildə söhbət açdıq. Bu dəfə, bizim tədqiqatın  obyekti  şairin  aşiqanə lirikası, onun necə olması məsələsinin müəyyən edilməsi olacaq.

Bəri başdan bəyan etməliyik ki, şairin aşiqanə lirikası onun orjinal düşüncəsinin bəhrəsini təşkil etmir; Bu məsələnin  anlanılmasında  Ruhi Bağdadi  tamamilə  Yaxın Şərqdə  mövcud olan ənənələr ilə əhatə olunub.  Buna görə də  biz şairin lirik düçüncələrinə toxunmamışdan öncə hər halda  ötəri olaraq məhəbbət problemi məsələsinə və yaxın Şərqdə onun anlayışına toxunulmasını məqsədyönlü hesab edirik.

Məhəbbət və onun poetik ifadəsi Şərqdə  tezliklə fərdi-subyektiv anlayışını  itirdi. Burada məhəbbəti adi insani hiss, ayrı-ayrı şəxslərin duyğuları ilə  əlaqədar psxioloji hadisə və təbii tələbatı kimi deyil, ictimai yaşayışın  mühüm və vacib şərti olaraq müzakirə edirdilər. Məhəbbətin bu cür  başa düşülməsi onun  ictimai institutunu əmələ gətirdi ki, bu da aşiqlərin  qarşılıqlı münasibətlərinin müəyyən  qaydalarını işləyib hazırladı və bu  qarşılıqlı əlaqələrin ifadə edilməsinin aydın görünən simalarını və formalarını yaratdı. Bu institut ərəb zəminində cücərdi, lakin tezliklə fars və türk ictimai həyatında  bəzi yerli ənənəvi məqamlarla doldu və Yaxın Şərq miqyasında öz varlıq hüququnu əldə etdi. Məhəbbətin ictimai institutunda işlənib hazırlanan məcəllələr əsrlər boyu fəaliyyət göstərirdi və şərqli şairlərin lirik duyğularının inkişafını öz qısqaclarına çevirirdi.

Orta əsrlərin lirikası məsələsinə toxunan zaman onları bilavasitə məhz elə bu fəaliyyətdə olan institut fonunda müzakirə etməliyik. Bundan başqa, Şərq lirikasını öyrənən zaman bir həddindən artıq məqam: Şərqin həyat tərzi, istərsə də poetik düşüncəsi sahəsində sufizmin əmələ gəlməsi və hökmran olması məqamı şəksiz diqqətə layiqdir.
Dünyagörüşünün məhvərinin məhəbbət təşkil etdiiyi sufizm Orta əsrlərdə Şərqin yaradıcılıq düşüncəsini əhatə etdi və tam aydınlığı ilə poeziyada, ələlxüsus isə, lirikada özünü büruzə verdi, lakin o zahiri olaraq məhəbbət şahlığında inqilab həyata keçirməyib. O, yalnız və yalnız da məhəbbətin  məğzinin dərketmə xəttini təkamül olaraq inkişaf etdirmək və onu  yeni anlayışa qədər çatdırmaq üçün məhəbbət institutunda mövcud olan qaydalara və poetik düşüncələrə tamamilə uyğunlaşdı. Məhəbbətin məğzinin  mütləq gözəlliyin (Tanrının) dərk edilməsinin olduğu sufizm poetik düşüncədə mövcudluq hüququ tapandan sonra məsələ bu cür durur:  Şərq lirikası, yoxsa Şərq təsəvvüfü realdır. Onun cəhd etmə və qavrama obyekti insandır, yoxsa Tanrı və nəhayət, onda əks olunan məhəbbət insanidirmi, yoxsa, mücərrəddirmi?!

Bu  məsələnin həlli ilə maraqlananlar Şərqin  nəzəriyyəçiləri və təzkirəçiləridir. Qərb, istərsə də sovet oriyentalistləri onun həllinə cəhd göstərirdilər. Bu məsələ bu gün də diqqət mərkəzində qalmaqdadır2. O həddindən artıq mürəkkəbdir və Bertelsin dediyi kimi, “nəhayət, nə zamansa həll olunması demək olar ki, mümkün deyildir…. Bu “qərarsızlığım”  səbəbini, hər şeydən öncə, onunla izah etməliyik ki, məhəbbətin ictimai institutunda işlənib hazırlanan qaydalara uyğun olaraq  sufi, eləcə də sufi olmayan şair yazırdı və  onların hisslərinin ifadə olunmasına dürüst spesiflik qoyulmayıb. İkincisi də  biz bu dövrün  demək olar ki, bütün şərqli şairlərinin həyatı barədə həddindən artıq az şey bilirik və bilmək istəsək də, nəzərə çarpan və mühüm heç nə bizə verilməyəcək, çünki, Orta əsrlərin şərq lirikası demək olar ki, tamamilə şairin tərcümeyi-hal  məqamlarını bir şeyə saymır ki, bu da yaradıcılığın poetik psixikası  amplidutunun müəyyən edilməsində bizə kömək edərdi: o,  nə zaman real və nə zaman mistik başlanğıclara meyl edir?

Odur ki, müvafiq olaraq da Orta əsrlərin mistik və “real”lirikasının bir-birindən ayrılmasının baş verdiyi obyektiv meyarın müəyyən edilməsi demək olar ki, mümkün deyildir. Bir çox dahi Şərq şairinin  yaradıcılığı gah bir nöqteyi- nəzərdən, gah da- o biri nöqrteyi -nəzərdən müzakirə olunurdu. Bu məsələnin həlli tədqiqatçının hansı yolu seçəcəyindən asılı idi4,  lakin tədqiqin bu cür metodu, axı, ənənəvidir və obyektiv gerçəkliyi uyğun olmayan şəkildə əks etdirir.
Düşünürəm ki, bu vəzifənin aradan götürülməsinin çətinliyi ondan ibarətdir ki, məsələnin özü qeyri -dürüst şəkildə qoyulub.
Bizim fikrimizcə, Orta əsrlərin  (XIV-XVII əsrlər) divan ədəbiyyatında əks olunan  “real”, istərsə də götürək, sufizmin  radikal olaraq əksinə olan zəmində rüşeymlənən lirika qeyri-realdır və demək olar ki, adi, təbii insani hisslərdən tamamilə azaddır. Bu dövrün məhəbbətinin  anlanılması nəzəriyyəsi də gündəlik real həyatdan təcrid olunub və bu dünyalıqdan uzaqda durur. Belə ki, Orta əsrlər lirikasının müzakirəsi iki bir-birinə zidd olan qütbdə: Real, insani və mistik, mücərrətlikdə müzakirəsi öz-özlüyündə  anomal haldır.

Deyilənlərin gəlişi gözəl sözdən ibarət olmaması üçün  hər halda Orta əsrlər məhəbbətinin ictimai institutuna və ümumiyyətlə, Şərq lirikasının təkamül inkişafı xəttinə diqqətlə toxunaq. Aydındır ki, Şərq lirikasının başlanğıc mərhələsi realdır. O, mənbəyini qadının mühüm rol oynadığı bədəvi ərəbin, fars karvançıların, istərsə də türk cigidlərinin gündəlik təhlükəli həyatından götürür. Inkişafın  bu mərhələsində Şərq lirikasının səmimiliyi və sadəliliyi ilə bizi heyran edir. Şairin aşiqliq obyekti tamamilə realdır, mənfi və müsbət cəhətləri olan dünyəvi varlıqdır. Şairin duyğuları da  təbii incə fərqliyili ilə axır. Onda cismani böyük həvəs də və təmiz qəlbin fəryadı da  görünür. Ilkin dövrün lirik xarakterli şeirlər üçün konkretlik və fərdi psixoloji mənlik səciyyəvidir. Bu şeirlərdən həyatsayağı məqamlar aydınca görünür. Bir sözlə, burada həqiqi insani məhəbbətin real ifadəsi ilə işimiz vardır ki, bu da bəzən həddindən artıq erotik şəkil alır. Bu gün də İmrə-Qeys hissləri ifadəsinin bilavasitələyi bizi təəccübləndirir:

“Böyük məmnuniyyətdən  sonra sənin köksündən uzaqlaşmaq istəmirəm,
Və halbuki, uzaqlaşmaq qərarına gəldim, qal, hər halda mehribanlıqla.
Məgər,  bilirmirsənmi ki, sənin məhəbbətin məni öldürür,
Və mənim ürəyim həmişə yerinə yetirəcək, nəyi də sən əmr etsən”.


Lakin, qeyd etdiyimiz kimi, məhəbbət Şərqdə tezliklə ictimai həyatın vacib şərtinə çevrildi. Onu kor fiziki hiss kimi deyil, eləcə də insanın etik tərbiyəsinə və mənəvi formalaşmasına nail olan qabiliyyətə malik qüvvə kimi müzakirə edirdilər. Elə poeziyanın əsas təyinatını  da Şərq ictimai həyata təsir qüvvəsində görürdü. Bütün bunlar  həddindən artıq bir mühüm hadisənin  inkişafına imkan yaratdı. Fikir dairələrində hiss aktını etik-estetik aktı əvəz etdi. Bu məqamı Şərq lirikasının inkişaf aşırımı kimi hesab etməliyik ki, onun da o biri tərəfində həyat tədricən dumana bürünür, ondan o yana isə, ideal qütblərdə formalaşan “gözəllik” sərgilənir.

Hiss aktının etik-estetik akta çevrilməsi qavrama obyektinin ideyallaşdırılmasına başladı ki, bu da təxminən XI əsrdə baş verməli idi. Hələ Rudəki və onun müasiri  olan şairlərin ( Şahid Bəlx, Rəbiyyə və sair) lirikası həddindən artıq rəhmdillə, dünyəvi varlığın  hissləri ilə nəfəs alır və onların dərk etmə obyekti də real insanın üzünün müəyyən edilməsi ilə xarakterizə edilir. Lakin elə bu dövrün bəzi şairlərində artıq duyğu obyektinin sxematikləşdirilməsi (Əbu Şükür Bəlxi, Dəğiği və sair) nəzərə çarpır10. XI əsrdən isə başlamış şairlərin cəhd etmə obyekti tədricən hər cür insani xüsusiyyətini itirir və ideal olaraq gözəl şəkil alır. Orta əsrlərin bu şairlərinin sufilik aləmi ilə heç bir əlaqəsi olmayan yaradıcılığı da məhz elə inkişafın bu mərhələsinin əksetdiricisidir.

Bu dövrün divan ədəbiyyatı, məlumdur ki, öz estetik zövqünə istinad etməklə ideal olaraq gözəl sima yaratdı ki, bu da cinsi fərqliyi və mətanətliyi xarakterizə etmir. O gah kişi, gah da qadın sifətində bizə görünür. Budur, bu ideal olaraq gözəllik də: Sərv ağacı kimi göyə ucalan və çox zərif bədəni ( sərv ağacını çox vaxt əvəz edir: cənnət ağacı tuba, ardıc, fidan, şimşad, əlif ) qıl kimi incə bədəni, ay kimi nur saçan üzü, badam və nərgizə bənzəyən gözləri, daha çox isə bu gözlər sənə sehrbazı və ya da amansız qatili xatırladır. Bu iki sehrbazı kaman kimi qaşlar (qaşları çox hallarda, aypara ay, mehrab, tağ, miraj, tuğra və sair ilə əvəz edilir)  və ucları ox kimi iti kirpiklər gözəlləşdirir. Ona baxmaq böyük bədbəxtlikdir, kafir qılıncı kimi  səni vurub öldürür, almaz qılınc ilə ürəyinə sancılır, şirin yuxu kimi səni aılır, xumarlandırır  və məhv edir. “Mim” (Mim- burda ərəb əlifbasının hərflərindən biri- tərc.) kimi balaca, qönçə kimi zərif ağzı, iki gilas kimi dodaqları- lələ bənzəyir. Gülən zaman səf-səf düzülmüş  mirvarilər parıldayır. Onun  yaqud kimi azca işıldayan xallarının örtdüyü od kimi yanaqları cənnət bağını xatırladır.  Sifətinin cizgiləri çox zərifliklə  qara zülflərərinin kölgəsinə bənzəyir. Onun gərdəninin arxasınca iki  sünbül  düşüb, əjdaha kimi burulan kipriklər, gümüşvari parlayan ağ sinənin ətri ətrafı məst edir.


Gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu

(ardı var)

Xəbər xətti