Ana səhifə
16 Avqust 2018

Moskvada erməni təxribatının qarşısı alınıb

Moskvadakı beynəlxalq ərzaq sərgisində erməni təxribatının qarşısı alınıb.
 

"Ucnoqta.az" İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, Moskvada keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən "Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.
 

Belə ki, Azərbaycanın işğal altında olan ərazisində qanunsuz olaraq fəaliyyət göstərən müəssisənin "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində iştirakının beynəlxalq hüquq normalarına zidd və yolverilməz olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu vasitəsilə rəsmi olaraq Sərginin təşkilatçısı "ExpoCentre" ASC-yə çatdırılıb.
 

İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti nəticəsində "ExpoCentre" ASC tərəfindən "Stepanakert Konyak Zavodunun" Sərgidə iştirakının qarşısı alınıb.

Tarix
7 Fevral 2018 [15:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin