Ana səhifə
16 Fevral 2019

Traktor məktəbdən çıxan uşağı vurub öldürdü - Zaqatalada dəhşət

Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.
 
 
 "Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.  
 
 
 Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
 
 
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Tarix
7 Fevral 2018 [14:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin