Pxençxan Qış Olimpiya Oyunlarının büdcəsi açıqlanıb

00:46 - 8 Fevral 2018 - DÜNYA

Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunacaq XXIII Qış Olimpiya Oyunlarının büdcəsi açıqlanıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bugünkü mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Təşkilat Komitəsinin büdcəsi 2,4 milyard dollardır. 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilmiş Oyunların büdcəsi isə 2,5 milyard dollar olub.

Bununla yanaşı, T.Bax biletlərin 78 faizinin satıldığını söyləyib. O, satışın böyük templə artacağına əminliyini ifadə edib. 
Qeyd edək ki, Pxençxan Qış Olimpiya Oyunları 9 – 25 fevralda keçiriləcək.

Xəbər xətti