Ana səhifə
21 Fevral 2018

MKİ rəsmi şəkildə Türkiyədən üzr istəyib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəsmi şəkildə və yazılı formada Türkiyədən üzr istəyib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
 

Nazirin sözlərinə görə, bir neçə il əvvəl ABŞ-ın keçmiş dövlət katibi Con Kerri bildirmişdi ki, MKİ Türkiyənin İŞİD-dən neft almasını təsdiq edən kəşfiyyat məlumatlarına malikdir. Bu məlumatı təkzib edən Türkiyə XİN sübut tələb etmişdi:
 

“Ankaranın bütün tələblərinə baxmayaraq, MKİ Türkiyənin İŞİD-dən neft almasını təsdiq edən heç bir sübut təqdim edə bilmədi. Bundan sonra Türkiyə XİN Mərkəzi Kəşfiyyat İdarəsindən rəsmi üzrxahlıq tələb etmişdi”.

Tarix
7 Fevral 2018 [12:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ