"Zirə" klubu yeni hücumçu ilə müqavilə bağlayıb - RƏSMİ

12:04 - 7 Fevral 2018 - İDMAN

“Zirə” klubu Trinidad və Tobaqo yığmasının futbolçusu Jomal Uilyamsla müqavilə bağlayıb.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, 23 yaşlı hücumçu ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub. 

Uilyams “W Connection” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, forvardla icarə müqaviləsini artırmaq və ya onu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur. 

Yeni transfer "Zirə"də 29 nömrəli forma ilə çıxış edəcək.

Xəbər xətti