Ana səhifə
23 May 2018

Şimali Koreya vətəndaşları Rusiyanın bəzi bölgələrindən çıxarılır

Rusiyanın bəzi bölgələrinin yerli hakimiyyətləri Şimali Koreya vətəndaşı olan fəhlələri öz ərazilərindən çıxarmağa başlayıblar.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora bildirib.

Onların Rusiyadan çıxarılmasına səbəb olaraq, BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qətnaməsi göstərilib.

Səfir vurğulayıb ki, Şimali Koreyadan olan fəhlələrə tətbiq edilən qadağa Rusiya iqtisadiyyatına ciddi təsir göstərəcək: “Ancaq biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qəti şəkildə əməl edirik. Qubernatorların çoxu artıq Şimali Koreyadan olan şəxsləri rəhbərlik etdikləri bölgələrdən çıxarmağa başlayıblar”.

Onun sözlərinə görə, hər il Rusiya Şimali Koreyanın 12-15 min vətəndaşına viza verir ki, onların da 90 faizi qısamüddətli iş vizasıdır: “Rusiyada əsasən, tikinti, kənd təsərrüfatı, balıqçılıq sənayesində 35 min şimali koreyalı işləyirdi. Onlar əmək haqqlarının 40-50 faizini alırlar. Maaşın qalan hissəsi Şimali Koreya hakimiyyətinin hesabına köçürülür. Bu məvaciblə həmin işçilər 13 nəfərlik ailə üzvlərini saxlayırlar”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasına qarşı XXI əsrin ən sərt sanksiya rejimini tətbiq edib. Həmin qətnamənin maddələrindən biri də ölkə vətəndaşlarına işləməklə bağlı vizanın verilməməsi ilə bağlıdır. 2017-ci ilin oktyabrında Rusiya prezidenti qətnamədən irəli gələn tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. 

Tarix
7 Fevral 2018 [22:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin