Azərbaycan millisi dünya çempionatının hazırlığına Antalyada start verəcək

 Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının hazırlıq prosesinə aprelin ikinci yarısında başlayacaq.

"Ucnoqta.az" Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata istinadən bildirir ki, yığma təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə üz tutacaq. Aralıq dənizinin sahilində məskunlaşacaq millinin qalacağı məkanı da artıq məlumdur. Bu, Boğazaq bələdiyyəsində yerləşən “Alva Donna Exclusive Hotel & Spa”dır.

Qış fasiləsində “Neftçi” futbol komandası öz təlim-məşq toplanışı üçün də məhz bu oteli seçmişdi.

Qeyd edək ki, dünya çempionatı 29 sentyabr – 20 oktyabrda Yaponiyada keçiriləcək. Azərbaycan millisi ABŞ, Rusiya, Cənubi Koreya, Tailand, eləcə də Trinidad və Tobaqo yığmaları ilə birgə C qrupunda yer alıb. 

Tarix
7 Fevral 2018 [22:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin