Səbail rayon məktəbləri bəyanat yaydı

19:05 - 6 Fevral 2018 - ÖLKƏ İÇİ

Səbail rayonu ərazisində bir neçə orta məktəb bəyanat yayıb. Bəyənatda deyilir: “Bu gün AFN.az və bir neçə digər saytda Bayıl ərazisində yerləşən orta məktəblərdə İcra Hakimiyyətinin tapşırığı ilə sürüşmə zonasından köçürülən sakinlərə yardım adı ilə pul yığılması barədə məlumat yayımlanıb. Bu xəbəri oxuyan zaman biz, 49, 51, 91, 163 və 203 №-li məktəblərin kollektivləri çox böyük təəssüf, həyacan və sarsıntı keçirdik. Nə qədər iftiraçı olmaq lazımdır ki, görülən işlərin üzərinə kölgə salınsın. Məktəblərdə ümumiyyətlə belə hall olmayıb  və heç bir vəsait toplanmayıb. Belə ağ yalan, iftira kollektivlərimizi, valideynləri çox narahat edib. Heç kimdən soruşmadan, məsələni öyrənmədən yalan məlumat yaymaq özü bir cinayətdir.

Siyası maraq güdən, popurist xarakterli, belə məlumatları yaymaqla özlərini reklam etməyə çalışanlar bilməlidirlər ki, yalan və iftira ilə heç bir şey əldə edə bilməyəcəklər. 
Məsələ ilə bağlı araşdırma aparılıb iftiraçılara qarşı ölçü görürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

Xəbər xətti