Millimiz mövqeyini qorudu

14:29 - 6 Fevral 2018 - İDMAN

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Avropa çempionatında keçirilən oyunlardan sonra son siyahının ilk “10-luğ”unda dəyişikliklə baş verib.

 

Hazırda 10-cu sırada yer alan millimizin mövqeyində dəyişiklik olmasa da, xal hesabı artıb. Avropa çempionatında 2 matç keçirən komandamız qarşılaşmaların birində Fransaya qalib gəlib (5:3), digərində isə İspaniyaya uduzub (0:1). Bu nəticələrdən sonra millimiz aktivinə 1 xal əlvə edib. Millimizin hesabında artıq 1455 xal var. Bu matçlaradək yığmamızın hesabında 1454 xal var idi.

 

Siyahıya isə Braziliya başçılıq edir - 1931 xal. Cənubi amerikalıları AÇ-2018-in qrup mərhələsində Azərbaycan yığmasını məğlub edən İspaniya izləyir - 1859 xal. 1703 xala malik turnirin yarımfinalçısı Rusiya ilk “üçlüy”ü qapayır.

 

Ötən cədvəllə müqayisədə ilk 10 pillədə AÇ-2018-in qrupunda qalan İtaliya 1 pillə geriləyib və 7-ci pilləyə enib. Əvəzində isə qitə birinciliyində millimizin 1/4 finaldakı rəqibi Portuqaliya 1 pillə irəliləyərək 6-cı yerdə qərarlaşıb.

 

Avropa çempionatında uğurlu çıxış edərək yarımfinala adlayan Qazaxıstan millisi 1 pillə irəliləyərək 8-ci pillədə qərarlaşıb. Əvəzində Ukrayna 1 pillə geriləyib və 9-cudur.

 

İlk “onluq”

 

1. Braziliya - 1933

2. İspaniya - 1859

3. Rusiya - 1703

4. Argentina - 1691

5. İran - 1634

6. Portuqaliya - 1600

7. İtaliya - 1552

8. Qazaxıstan - 1513

9. Ukrayna - 1506

10. Azərbaycan - 1454

Xəbər xətti