Ana səhifə
23 Fevral 2018

"Türkiyə xaricdən müdafiə sənayesi məhsulları almağı dayandırır" Ərdoğan

“Türkiyədə istehsal oluna biləcək heç bir məhsulu xaricdən almayacağıq”.

 

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyanın parlamentdəki fraksiyasının genişləndirilmiş toplnatısında bildirib.

 

O deyib ki, rəsmi Ankaranın şərtlərini qəbul edərək birlikdə işləmək istəyən beynəlxalq müdafiə sənaye qurumları ilə əməkdaşlığa hazırıq: "Ancaq hazır məhsul almaq sahəsində əsla əməkdaşlıq etməyəcəyik”.

 

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyənlərə, ölkənin torpaqlarına göz tikənlərə cavab vermək hər bir vətəndaşın borcudur: "Ölkəmizdən xaricdə heç bir qüvvə bizi hədələy bilməz. Qurduğumuz dövlətlərlə biz dünyanın sayılıb-seçilən bir millətiyik. İndi kimin tayfa, kimin millət olduğunu hamı görür. Biz səbrli bir millət və dövlətik. Son iki əsri fədakarlıqla keçirdik. Diplomatik danışıqlarla 5 milyon kvadrt km. sahəlik vətənimizdən yalnız indiki qalıb. İndi onu da bizə çox görürlər. Türk milləti ruhunu yeniləyir. Nəticədə yatan divi oyatdılar".

Tarix
6 Fevral 2018 [14:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ