Putinin namizədliyi qeydə alındı

21:16 - 6 Fevral 2018 - DÜNYA

Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin hazırkı prezidenti Vladimir Putinin gələn ay keçiriləcək prezident seçkiləri üçün namizədliyini qeydiyyatdan keçirib.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya MSK-nın müvafiq qərarında deyilir.

 

V.Putinin namizədliyi hakim "Vahid Rusiya" partiyası tərəfindən irəli sürülmüşdü.

 

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 18-də keçiriləcək.

Xəbər xətti