Ana səhifə
15 Noyabr 2018

Süd Yolu qalaktikasından kənarda planetlər var — ALİMLƏRDƏN ŞOK AÇIQLAMA

Astronomlar qalaktikamızdan kənarda yeni planetlər kəşf ediblər.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, planetlər Yerdən 3.8 milyard işıq ili uzaqlıqda yerləşir. Bu səbəbdən onları ən güclü teleskoplar vasitəsilə də müşahidə etmək mümkün deyil.

 

Yeni kəşg Günəş Sisteminin sərhədlərindən kənarda aparılan tədqiqatları başqa səviyyəyə daşıyır.

 

Alimlər kvazar mikrolinzirləmə üsulundan istifadə ediblər. Bu üsula əsasən, linzalar əvəzinə, kütləvi astronomik obyekt kimi ulduzlardan istifadə edilir. O qravitasiya dalğaları sayəsində elektro maqnit şüalanmanın istiqamətini dəyişir. Planet ulduzun yanından keçəndə müşahidə edilir. Ulduzun işığı dəyişir və beləcə planetin mövcudluğunu aşkar etmək olur.

Bu üsul vasitəsilə astronomlar Süd Yolu qalaktikasının daxilində 53 planet aşkar ediblər. Hazırda isə digər qalaktikalarda da planetlərin mövcudluğuna dair dəlillər əldə edilib.

 

Qeyd edək ki, əvvəllər alimlər digər qalaktikalarda planetlərin mövcudluğuna inanmırdılar.

Tarix
7 Fevral 2018 [00:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin