Ötən gün Moskvanın ən soyuq gecəsi olub

19:45 - 6 Fevral 2018 - DÜNYA

Dünən gecə Moskvada qış başlayandan ən soyuq gecə olub.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, 6 fevral tarixində də Moskvaya qar yağacaq, tempratur mənfi 10-12 dərəcə olacaq.
 

Sinoptiklər bildirir ki, dünən gecə Rusiya paytaxtında mənfi 16.2 dərəcə şaxta qeydə alınıb.
 

Qeyd edək ki, bir neçə gündür Moskvaya yağan qar son əsrin ən güclü qar yağışı hesab edilir. Yağan çoxlu qar maşınların hərəkətinə və bəzi yolların bağlanmasına səbəb olub.

Xəbər xətti