Təcili yardım vertolyotu qəzaya düşüb, 6 nəfərdən xəbər yoxdur

10:36 - 6 Fevral 2018 - DÜNYA

Tayvan sahillərində vertolyot qəzaya düşüb. Vertolyotun göyərtəsində olan altı nəfərdən isə xəbər yoxdur.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, vertolyot ötən gecə Taydun şəhərindən Lanyu adasına tibbi yardım göstərmək üçün yola düşüb. Geri qayıdarkən əlaqə itib, vertolyot radarlardan itib. Daha sonra məlum olub ki, bilinməyən səbəbdən vertolyot suya düşüb.

 

Göyərtəsində iki pilot, bir mexanik, bir tibb işçisi, bir xəstə və onu müşayiət edən şəxs olub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Xəbər xətti